Onlayn ictimai-siyasi qəzet
Sülhdən sonra Ermənistan da Bakı və Ankara ilə hərbi ittifaqda ola bilər.
Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” Agentliyinin redaktorları ilə dəyirmi masa müzakirəsi zamanı bildirib.
“Sülhü dəstəkləyərkən ağlımızda bir təhlükəsizlik və iqtisadi arxitektura perspektivi var, – deyə o bildirib.
O, Cənubi Qafqazın Türkiyənin təhlükəsizlik arxitekturasına birbaşa təsir edən bölgələrdən biri olduğunu qeyd edib.
Nazir Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yeni imzalanan müqaviləyə oxşar bir strukturun Qafqaz və Mərkəzi Asiya kimi regionlarda da qurulub-qurula bilməyəcəyi ilə bağlı suala belə cavab verib: “Bunlar ehtiyaca uyğun olaraq qurula bilər”.
Bəs, Ermənistanın Türkiyənin və Azərbaycanın olduğu təhlükəsizlik platformasında iştirakı mümkündürmü?
Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, həm Ermənistanın, həm də Gürcüstanın təhlükəsiz gözəl gələcəyi Türkiyə ilə, Azərbaycanla və Türk Dövlətləri Təşkilatı ilə bir yerdə olmaqdan asılıdır:
“Azərbaycan onsuz da Türkiyə ilə hərbi ittifaq münasibətlərindədir. Türk Dövlətləri Təşkilatının üzvüdür. Digər iki Cənubi Qafqaz dövlətinin də gələcəkdə bu ittifaqlarda olması ilk növbədə həmin iki dövlətin təhlükəsizliyi, inkişafı üçün lazımdır. Yəni onların belə bir ittifaqda olmasına ehtiyacları var. Gələcəkdə mümkün olub-olmayacağı isə o dövlətlərin hakimiyyətlərinin, cəmiyyətlərinin tutacağı yoldan asılı olacaq. Düzgün strategiya yürüdə bilsələr mümkün ola bilər”.
Etibar Seyidağa,
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ