İnsanlara hürriyət, millətlərə istiqlal!

CENTCOM Qəzzanı İsrailin ərazisi kimi paylaşdı, sonra...

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) komandan admiral Bred Kuperin regiona səfəri ilə bağlı X-də dərc olunmuş paylaşımda Yaxın Şərq xəritəsini yeniləyib.

Musavat.com xəbər verir ki, CENTCOM paylaşımının hazırkı versiyasına və sosial media istifadəçiləri tərəfindən saxlanılan orijinal versiyanın ekran görüntülərində fərqi asanlıqla görmək mümkündür.

X istifadəçiləri tərəfindən paylaşılan orijinal xəritədə vizual olaraq Qəzza zolağı və Qərb Sahilinin İsrail ərazisi kimi görünürdü. Hazırkı versiyasında isə xəritə dəyişdirilib və İsrail və Fələstin ərazilərindəki sərhədlər yenidən çəkilib.

Paylaşım CENTCOM komandanı admiral Bred Kuperin Yaxın Şərqə on günlük turunun başa çatması ilə bağlı elanla müşayiət olunub. Səfəri zamanı o, Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və Ərəb dənizində ABŞ təyyarədaşıyan gəmisi olan Abraham Linkolnu yoxlayıb.
CENTCOM paylaşımda xəritənin dəyişdirilməsinin səbəbini açıq şəkildə izah etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR