İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceki Çan Bakıda ona hədiyyə edilən nərdtaxtasına belə reaksiya verdi - VİDEO

Hollivud ulduzu Ceki Çanın Bakıda çəkilişləri başa çatıb. Lakin məşhur aktyorun Azərbaycanla bağlı paylaşımları davam edir.

Musavat.com xəbər verir ki, bu dəfə sosial şəbəkələrdə Ceki Çanın Bakıda ona hədiyyə edilən nərdtaxtasını açdığı anların görüntüləri yayılıb.

Aktyor hədiyyəni açarkən böyük maraq göstərib və nərdtaxtasını gördüyü anda təəccübünü gizlədə bilməyib. Görüntülərdə onun hədiyyəni diqqətlə nəzərdən keçirdiyi və reaksiyası əks olunub.

Məlumata görə, nərdtaxtası aktyora Azərbaycanda olduğu müddətdə təqdim edilən hədiyyələrdən biri olub. Milli ornamentlərlə işlənmiş nərdtaxtasının Ceki Çana ölkəmizin mədəniyyətini və ənənələrini əks etdirən xüsusi hədiyyə kimi təqdim edilməsi diqqət çəkib.

Qeyd edək ki, Ceki Çanın baş rolda çəkildiyi “Tanrının zirehi 4: Ultimatum” (“Armour of God 4: Ultimatum”) filminin bəzi səhnələri Azərbaycanda lentə alınıb. Çəkilişlər zamanı məşhur aktyorun Bakının müxtəlif məkanlarında görüntüləri də sosial şəbəkələrdə geniş yayılıb.

Filmin Azərbaycanda çəkilməsi ölkəmizə beynəlxalq diqqətin artması baxımından da maraq doğurub. Ceki Çanın Bakıda olduğu müddətdə Azərbaycanla bağlı paylaşım və görüntülərinin yayılması isə yerli izləyicilərin böyük marağına səbəb olub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR