Onlayn ictimai-siyasi qəzet
Nüfuzlu Britaniya nəşri The Times Çeçenistan rəhbəri Ramzan Kadirovun ağır xəstə olduğu barədə məlumat yayıb.
Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, Kadirov kəskin pankreonəkroz və böyrək problemləri səbəbindən uzun müddətdir ictimaiyyət qarşısına nadir hallarda çıxır və dializ müalicəsi alır.
Məqalədə vurğulanır ki, Çeçenistan rəhbərinin səhhətindəki ciddi pisləşmə regionda varislik məsələsini aktuallaşdırıb və bu, respublikada hakimiyyət uğrunda daxili rəqabət ehtimalını artırır. Xüsusilə qeyd olunur ki, Kreml Çeçenistanda nəzarəti itirməmək üçün mümkün ssenariləri diqqətlə izləyir.
Analitiklərin fikrincə, Çeçenistan kimi güc balansının şəxsi loyallıqlara söykəndiyi regionda rəhbərin uzunmüddətli xəstəliyi siyasi sabitliyi sarsıda bilər. Bu isə təkcə respublika daxilində deyil, bütövlükdə Şimali Qafqazda yeni gərginlik ocaqlarının yaranması riskini artırır.
Musavat.com
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ