Onlayn ictimai-siyasi qəzet
2025-ci ildə ən çox qəzalara Oğlaq və Şir bürcləri altında doğulan sürücülər səbəb olublar.
Auto.ru xəbər verir ki, Rusiyanın "VSK Sığorta Evi"nin analitikləri icbari avtomobil sığortası (OSAGO) üzrə illik statistikanı təhlil etdikdən sonra belə qənaətə gəliblər.
Yaş qruplarını nəzərə alaraq, sığortaçılar 40-49 yaş arası avtomobil sahiblərini, xüsusən də Şir və Qoç bürclərindən olanları ən təhlükəli sürücülər adlandırıblar. Oxatan və Əqrəb bürcləri altında doğulmuş 29 yaşdan kiçik sürücülərin qəzaya düşmə ehtimalı isə ən aşağı səviyyədədir.
Qəzalar üzrə ilin lideri olan Oğlaq bürcü sürücülər üçün sığortaçılar KIA avtomobillərindən istifadə etməyi tövsiyə edirlər. Statistik olaraq, bu, qəza riskini azaldır. "Toyota" Şir və Qoç bürcləri, "Hyundai" Buğa bürcü, "Lada" isə Xərçəng bürcü üçün ən təhlükəsiz marka seçilib.//Oxu.az
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ