İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio Əbu-Dabiyə zəng etdi

ABŞ dövlət katibi və Prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Marko Rubio və Birləşmiş Ərəb Əmirlikləri prezidentinin milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyan telefonla danışıblar.

Musavat.com Dövlət Departamentinin sözçüsü Tommi Piqottun açıqlamasına istinadən xəbər verir ki, danışıq zamanı İran və Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyət müzakirə edilib:

"Livandakı vəziyyət də daxil olmaqla bir sıra regional təhlükəsizlik məsələlərini, eləcə də İranı və onun regional nümayəndələrini məsuliyyətə cəlb etmək üçün ABŞ ilə BƏƏ arasında davamlı koordinasiyanı müzakirə ediblər".

Diplomat yekun olaraq bildirib ki, "Katib Rubio Hörmüz boğazından naviqasiya azadlığının vacibliyini vurğulayıb".

17 avqustda Reuters agentliyi Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) üç gəmisinə hücumlar barədə xəbərlərdən sonra Hörmüz boğazından keçən gəmilərin sayının həftəsonu minimuma düşdüyünü bildirib. 13-14 avqust tarixlərində ADNOC boğazdan keçərkən üç gəmisinə hücum edildiyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR