İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada avtomobil sürmək istəyənlərə PİS XƏBƏR - Martın 1-dən...

Rusiyada sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların qaydalarında mühüm dəyişikliklər edilir.

Musavat.com xəbər verir ki, yeniliyə əsasən, nəzəri imtahan zamanı namizədlərin fotosu çəkiləcək, imtahan prosesi isə audio və videoçəkiliş vasitəsilə tam qeydə alınacaq.

Rusiya hökumətinin müvafiq qərarı ilə təsdiqlənən bu qaydalar 2027-ci il martın 1-dən etibarən tam qüvvəyə minəcək.

Nəzəri imtahan zamanı namizədlərin fotofiksasiyasını xüsusi avtomatlaşdırılmış sistem həyata keçirəcək.

Çəkiliş real vaxt rejimində aparılacaq və kadrda həm imtahan verənlərin, həm də imtahan götürənlərin iş yerləri aydın görünməlidir.

Məlumata görə, yeni tələblərin müəyyən hissəsi artıq 2026-cı ilin may ayından tətbiq olunur.

Rusiya İctimai Palatasının təhlükəsizlik üzrə komissiyasının üzvü Aleksandr Xolodov "RİA Novosti"yə açıqlamasında bildirib ki, imtahan zamanı fototexnika, səs rabitəsi vasitələri və elektron-hesablama avadanlıqlarından istifadə artıq qadağandır:

"Bu qadağa hazırda qüvvədədir. Namizədlərin məcburi fotofiksasiyası isə 2027-ci il martın 1-dən etibarən tətbiq ediləcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR