İnsanlara hürriyət, millətlərə istiqlal!

Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

Məişət tullantılarını xüsusi tutumlardan (urnalardan) kənar yerlərə atan şəxslər inzibati məsuliyyət daşıyırlar.

Musavat.com xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində qeyd olunub.

Məcəlləyə əsasən, məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə edilir.

Bundan əlavə, həmin əməl bir il ərzində təkrar törədildikdə cəzalar daha da sərtləşir. Belə ki, fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimələnirlər.

Qanunvericiliyə əsasən, işin hallarından və xətanı törədən şəxsin şəxsiyyətindən asılı olaraq, vəzifəli şəxslərə 60 saatdan 100 saatadək ictimai işlər də tətbiq oluna bilər.

Təkrar pozuntuya yol verən hüquqi şəxslər isə 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR