Onlayn ictimai-siyasi qəzet
Polşanın Qlivitse şəhərində sakinlərin illərlə gözlədiyi yol təmirindən sonra gözlənilməz hadisə baş verib.
Musavat.com xəbər verir ki, yerli fermer traktoru ilə yenicə asfaltlanmış yola çıxaraq örtüyün bir hissəsini kotanla şumlayıb.
Məlumata görə, yerli sakinlər bu yolun təmirini uzun illər gözləyiblər. Lakin yeni asfalt çəkildikdən qısa müddət sonra fermer traktoru ilə əraziyə gələrək asfalt örtüyünü dağıdıb.
Yerli portalın məlumatına əsasən, fermerlə şəhər hakimiyyəti arasında uzun illərdir torpaq mübahisəsi davam edir. Kişi bildirir ki, yolun bir hissəsi onun şəxsi torpaq sahəsindən keçir və buna görə həmin ərazi ona məxsusdur.
Hadisə hüquq-mühafizə orqanlarının diqqətinə düşüb. Fermerin bu gün rayon prokurorluğunda dindirilməsi nəzərdə tutulur.
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ