Onlayn ictimai-siyasi qəzet
Milli Məcisin bu gün keçirilən iclasında “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Musavat.com-un məlumatına görə, qanun layihəsinə əsasən, Azərbaycanda mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunur.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ