İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ oldu

Misirdə bu gün səhər saatlarında 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar paytaxt Qahirə də daxil olmaqla bir sıra bölgələrdə hiss olunub.

Musavat.com xəbər verir ki, məlumata görə, zəlzələ yerli vaxtla saat 03:00-da İsmailiyyə şəhəri yaxınlığında baş verib. Yeraltı təkanın ocağı 5,47 kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində insan tələfatı və ya dağıntı qeydə alınmayıb. Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Misir mətbuatının yazdığına görə, yeraltı təkanlar təkcə Misirdə deyil, qonşu ölkələrdə də hiss edilib. Bildirilir ki, İordaniya, Livan, Fələstin və İsrail sakinləri də zəlzələni hiss ediblər.

Mütəxəssislər qeyd edirlər ki, zəlzələnin ocağının yer səthinə yaxın olması onun daha geniş ərazidə hiss edilməsinə səbəb olub. Hadisə ilə bağlı monitorinq və qiymətləndirmə işləri davam etdirilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR