İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə güclü zəlzələ OLDU

Əfqanıstanın Hinduquş dağlarında 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, təbii fəlakətin episentri təxminən 161 min nəfərin yaşadığı Qunduz şəhərindən 169 km şərqdə yerləşib. Zəlzələ ocağının isə yerin 201 km dərinliyində olduğu bildirilir.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə hələlik rəsmi məlumat daxil olmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR