İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gündən Rusiya neftinin qiymət tavanı 44,1 dollardır

Avropa şirkətlərinə Rusiya neftinin daşınmasında iştirak etməyə imkan verən qiymət həddi bu gündən etibarən 1 barel üçün 44,1 dollara endirilib.

Musavat.com xəbər verir ki, Böyük Britaniya da 31 yanvardan etbarən oxşar səviyyəni müəyyən edib.

Qeyd edək ki, beləliklə Avropa Komissiyası ilk dəfə olaraq Rusiya neftinin qiymət həddini tənzimləmək üçün avtomatik mexanizmdən istifadə edir. G7 ölkələri və Aİ-dən ibarət Qiymət Tavan Koalisiyasının üzvləri uzun müddət 60 dollarlıq həddən istifadə ediblər.

Ötən il Aİ və Böyük Britaniya həddi endirmək qərarına gəlib, lakin ABŞ buna qoşulmayıb.

Avropa Komissiyası 2025-ci ilin iyul ayında elan edilən 18-ci sanksiya paketinin bir hissəsi olaraq qiymət həddini endirib və gələcək neft qiymət həddini təyin etmək üçün avtomatik və dinamik mexanizm tətbiq edib. Yeni mexanizm, tavanın həmişə əvvəlki hesabat dövrü (22 həftə) üçün Rusiyanın əsas ixrac məhsulu olan Urals xam neftinin orta bazar qiymətindən 15 faiz aşağı olmasını tələb edir.

15 yanvardan etibarən əvvəlki qiymət tavanı çərçivəsində bağlanmış köhnə müqavilələr 90 gün ərzində icra edilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR