Onlayn ictimai-siyasi qəzet
Misli Premyer Liqasında II turun oyunları davam edir.
Musavat.com Oxu.Az-a istinadla xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk görüşdə "Turan Tovuz" doğma meydanda "Şamaxı"nı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək matç saat 18:30-da başlayacaq.
Günün digər qarşılaşmasında isə "Neftçi" "Araz-Naxçıvan"la üz-üzə gələcək. "Palms Sports Arena"da keçiriləcək görüş saat 20:45-də start götürəcək.
23 avqust
Misli Premyer Liqası
II tur
18:30. "Turan Tovuz" - "Şamaxı"
20:45. "Neftçi" - "Araz-Naxçıvan"
Qeyd edək ki, turun bu gün keçirilməli olan "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" oyunları "Sabah" və "Qarabağ"ın avrokuboklardakı oyunlarına görə təxirə salınıb.
24 Avqust 2026
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ