Onlayn ictimai-siyasi qəzet
NATO daxilində gərginlik artmaqdadır. Baş katib Mark Rutte ABŞ-ni və prezident Donald Trampı getdikcə daha çox açıq şəkildə dəstəkləyir və bu da Avropa liderlərini qıcıqlandırır.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Qəzet NATO diplomatlarına istinadla məlumat yayıb ki, gərginliyin səbəbi Mark Ruttenin Avropa Parlamentindəki sərt çıxışı olub. O, çıxışında Avropanın ABŞ olmadan özünü müdafiə edə bilmədiyini bildirib.
“Politico”nun mənbələrinə görə, Ruttenin Qrenlandiya ətrafındakı gərginliyin erkən mərhələdə azaldılmasında mühüm rol oynadığı bildirilir. Diplomatlar iddia edirlər ki, o, Donald Trampı adanı ilhaq etmək üçün açıq təhdidlərindən imtina etməyə inandırıb.
Lakin bu yanaşma müttəfiqlər arasında narazılığa səbəb olub. Onlar hesab edirlər ki, baş katibin Vaşinqtona həddindən artıq güvənməsi ittifaq daxilində etimadı sarsıdır və onun gələcəyi ilə bağlı suallar doğurur.
Anonimlik şərti ilə danışan bir diplomat Ruttenin yanaşmasını əsas problemləri həll etməyən müvəqqəti həll yolu kimi təsvir edib.
O qeyd edib ki, biz 32 ölkənin ittifaqıyıq, "ABŞ və qalanları" klubu deyilik.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ