İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyadan Rusiyaya ŞOK ZƏRBƏ - Bu məşhur şirkət də SİYAHIDA

Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını əhəmiyyətli dərəcədə genişləndirib və maraqlıdır ki, bu siyahıya iki Gürcüstan telekanalı da daxil edilib.

Musavat.com xəbər verir ki, Britaniya hökumətinin rəsmi saytında dərc olunan sənədə əsasən, yeni sanksiyalar 240 hüquqi şəxsi, 7 fiziki şəxsi, 50 gəmini və 9 Rusiya bankını əhatə edir.

Siyahıya “Rosatom”un bir sıra strukturları, “Transneft”, “Toçka Bank”, “Fora-Bank”, “Ak Bars Bank”, “Absolyut Bank”, “Transkapital Bank”, eləcə də “Qazprom SPQ Portovaya” MMC daxil edilib.

Bununla yanaşı, London iki gürcü telekanalını – “Imedi” və POSTV-ni də “qara siyahı”ya salıb. Rəsmi London bu kanalları Rusiyanın dezinformasiya fəaliyyətində iştirakda ittiham edir.

Qeyd edək ki, Gürcüstan mediasının sanksiya siyahısına salınması region üçün ayrıca diqqət çəkən addım kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR