İnsanlara hürriyət, millətlərə istiqlal!

Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlər anılıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, anım tədbirində Türkiyənin Los-Ancelesdəki Baş konsulu Menekşe Onuk və Azərbaycan icması iştirak edib.

Tədbirdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş, Bakı Media Mərkəzi və "Azərbaycanfilm" Kinostudiyasının istehsal etdiyi "BİZ" sənədli filmi nümayiş olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR