Onlayn ictimai-siyasi qəzet
27 Sentyabr – Anım Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıqda şəhidlərin məzarları ziyarət edilir.
Musavat.com xəbər verir ki, Anım Günü münasibətilə vətəndaşlar Hərbi Memorial Məzarlığa gəlir, Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin məzarlarını ziyarət edirlər.
Ziyarətçilər şəhidlərin məzarları önünə gül dəstələri qoyur, onların əziz və unudulmaz xatirəsini ehtiramla yad edirlər.
Şahanə Rəhimli
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ