Onlayn ictimai-siyasi qəzet
Fransalı jurnalist Nataşa Rey sentyabrın 13-də xərçəng xəstəliyindən vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı jurnalist Ksavye Pussar yayıb.
N.Rey Fransanın birinci xanımı Bricit Makronun guya kişi doğulduğu barədə iddiaları təşviq etdikdən sonra tanınıb.
Ölümündən az əvvəl jurnalist bu iddialarla bağlı qaldırılmış böhtan iddiası üzrə Paris Apellyasiya Məhkəməsindəki məhkəmə işini udub.
Qeyd edək ki, Nataşa Rey 1970-ci ildə anadan olub.
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ