İnsanlara hürriyət, millətlərə istiqlal!

Bozqırın ortasında türk ellərinə paytaxt tikilir – Türk yurdu Türküstandan reportaj

Bir ucu Egey dənizi, o biri tərəfi Baykal gölü, cənubu Tyan-Şan, şimalı Ural dağları olan geniş bir yurd var – adına Türküstan deyirlər.

Türküstan - yəni türklərin yurdu. Mərkəzi Asiyanın tarixi Türküstan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sincan-Uyğur milli rayonu, Sibirin cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İranın şimal-şərq hissəsi aid edilir.

Uzun illər Türküstanın parçalanmış diyarları müxtəlif adlar altında tanınıblar. Bu adı yaşadan yeganə şəhər isə Qazaxıstanın cənubundakı Türküstan şəhəri olub. Ruslar nəyə görəsə yalnız bu şəhərin adını olduğu kimi saxlayıblar. Sovet dövründə burada hərbi dairə də olub – onun da adı rəsmi sənədlərdə Türküstan hərbi dairəsi kimi qeyd olunub.

1200px-Turkestan.png (1.03 MB)

Türküstan vilayətinin adı isə bir neçə dəfə dəyişdirilib. Əvvəlcə vilayətin adını Cənubi Qazax vilayəti qoyublar, sonra onu Çimkənt (Şımkənt) vilayəti adlandırıblar. 1992-ci ildə yenidən Cənubi Qazaxıstan vilayətinə çeviriblər. Nəhayət, 2018-ci ildə vilayətin adı Türküstan olub.

Sırdərya çayının yaxınlığında, bozqırda, düzəndə yerləşən Türkistən isə Qazaxıstanın ən qədim şəhərlərindən biridir. Şəhər Şımkəntdən 160 km şimal-qərbdə yerləşir və Qızıl Orda və Daşkənd şəhərlərini birləşdirən dəmiryol xəttinin üzərindədir.

Ancaq 1864-cü ildə Türküstan rus qoşunları tərəfindən işğal olunduqdan sonra şəhər Türküstan general-qubernatorluğunun tərkibinə daxil edilib və şəhər öz paytaxt statusunu itirib.

Mausoleum_of_Khoja_Ahmed_Yasawi_in_Hazrat-e_Turkestan,_Kazakhstan.jpg (6.05 MB)

Türküstan müsəlman əhalinin ziyarət yerlərindən biridir. Burada böyük mütəfəkkir Xoca Əhməd Yasəvinin mavzoleyi yerləşir və qazaxlar bu şəxslə fəxr edirlər.

Qədim tarixi zəngin olan Türküstan hazırda müasir şəhər kimi ad çıxarmaqdadır. Bu şəhərdə aparılan tikinti işlərinin həcmi ölçüyə gəlmir, Eninə-uzununa kilometrlərlə uzanan yeni yaşayış massivləri, rəngbərəng binalar görürsən. Paytaxt Astanadan fərqli olaraq bura şüşə-dəmir konstruksiyalar azdır, əsasən çoxmərtəbəli daş binalardır.

Şəhərin küçələri planlı salındığından hamısı düz, hamar və genişdir. Bu gedişlə Türküstan yaxın illərdə milyonluq şəhər olacaq və gerçəkdən də türk dövlətlərinin mənəvi paytaxtına çecriləcək. Bununla belə, şəhərin yaşıllaşdırılması üçün də böyük işlər görülməlidir. Almatı kimi axar-baxarlı, təbiətin qoynuna qısılmış şəhərin fonunda Qazaxıstanın o biri şəhərləri boz görünür. Türküstanda zamanla yaşıllığa qərq olma potensialı var.

88335a1a-9501-4cc4-aa48-8513337c8aa0.jpg (79 KB)

Bizə bələdçilik edən yerli jurnalistlər siyasi rəhbərliyin Türküstanı bu qədər intensiv şəkildə tikib-qurub böyütməkdə fikirlərinin məhz elə olduğunu gizlətmədilər. Sadəcə, rəhbərlik bu niyyətini addım-addım, əməli işlə, şüar söyləməkdən imtina edərək həyata keçirir.

7c3f1543-f6a3-4bab-988c-ab8e1b1b44cf.jpg (98 KB)

Türk dövlətlərinin yaxınlaşmasından danışarkən həmsöhbətlərimizin çoxu bu məsələyə optimist yanaşır, deyirlər ki, başqa qohum xalqların yaxınlaşması bir blokda birləşməsi adi hal kimi qarşılanırsa, nədən türk xalqları da eyni şeyi etməsinlər.

e9f243b4-54be-4acb-998f-a2764ef54332.jpg (143 KB)

Düzdür, ortada müəyyən dil baryeri var (və bu, tez-tez anti-Turançıların əsas arqumentinə çevrilir: “Turanı necə quracaqlar ki, bir-birilə rusca danışırlar?”), amma biz bir eksperiment etdik, 15-dən artıq qazax, özbək, qırğız, azərbaycanlı jurnalistin olduğu məclisdə hər kəs öz ana dilində danışdı və yerdə qalanlar aşağı-yuxarı onları başa düşdü. Bu o deməkdir ki, gediş-gəliş artsa, ortaq türkcə tətbiq edilsə, 5-10 ilə türk xalqları arasında elə bir ciddi dil baryeri qalmaz.

e3a887c9-c71d-4032-96a7-e038f5901a4d.jpg (214 KB)

Hərçənd Almatı aeroportunda sorğu keçirən və mənə də respondent kimi yaxınlaşan slavyan görünüşlü qadın haradan gəlib hara getdiyimi, səfərimin məqsədini (“Turan bəbiri” adlanan yarışmanı jurnalist kimi izləmək) biləndə açıqca dedi ki, Türkiyə də, Azərbaycan da Turan birliyinə çox can atırlar, amma o bizlik deyil, bizim dövlətə dəxli yoxdur. Qadın nəzakətli, amma sərt şəkildə belə dedi və dərhal aralandı.

78f38960-bdf8-4708-b416-e64fee361ba7.jpg (100 KB)

O, “bizim dövlət” deyərkən hansı dövləti nəzərdə tuturdu, anlaşılmadı, amma tədbirə qatılanların dilində “Turan” sözü tez-tez səslənir. Üstəlik, qaldığımız otelə qayıdanda onun böyründə tikilmiş möhtəşəm bir alış-veriş mərkəzi gördüm, adı “Turan” idi.


Xalid Kazımlı, Türküstan, Qazaxıstan

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR