Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur aktyor Uraz Kaygılaroğlu Bakıya gəlib.
Musavat.com xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında aktyorla görüşdüyünü bildirərək, Uraz Kaygılaroğlunun səmimi və sadə insan olduğunu vurğulayıb. Hacı Nuranın sözlərinə görə, milyonlarla tamaşaçının sevimlisinə çevrilən aktyor artıq paytaxtdadır və şəhəri gəzməyə çıxıb.
O qeyd edib ki, Türkiyədə olduğu kimi, Azərbaycanda da aktyorun çoxsaylı pərəstişkarları var. Hacı Nuran Hüseynov Uraz Kaygılaroğlunun Bakıda keçirəcəyi günlərin maraqlı hadisələrlə yadda qalacağına əmin olduğunu bildirib.
Qeyd edək ki, Uraz Kaygılaroğlu son illərin populyar aktyorlarından biri hesab olunur. O, tamaşaçılar arasında xüsusilə “Yeraltı” serialında canlandırdığı “Bozo” obrazı ilə böyük rəğbət qazanıb.
Aktyorun Bakıya səfəri sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Şahanə Rəhimli
Musavat.com







14 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ