İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük məyusluq yaşayan “Real Madrid” həmin SİYAHINI AÇIQLADI - 20 yaşlı Arda Gülər də…

İspaniya La Liqasının 22-ci turunda “Real Madrid” doğma meydanda “Rayo Valyekano”nu qəbul edəcək. “Kral klubu”nun açıqlanan matç heyətində Arda Gülər də yer alıb.

Musavat.com xəbər verir ki, qarşılaşma fevralın 1-də “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Matç yerli vaxtla saat 16:00-da başlayacaq və “S Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

UEFA Çempionlar Liqasında “Benfika” ilə oyunda 90+8-ci dəqiqədə buraxılan qol səbəbilə ilk “8-lik”dən kənarda qalan “Real Madrid” böyük məyusluq yaşayıb. Madrid təmsilçisi La Liqada “Rayo Valyekano” üzərində qələbə qazanaraq bu məyusluğu aradan qaldırmağı hədəfləyir.

“Real Madrid” 51 xalla “Barselona”dan cəmi 1 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb. La Liqada son 11 oyunda yalnız 1 qələbə qazanan “Rayo Valyekano” isə 22 xalla 16-cı sırada yer alır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR