Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada iki sərnişin qatarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Musavat.com xəbər verir ki, qəza nəticəsində yaralananlara hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra onlar xəstəxanalara yerləşdiriliblər.
Hadisənin başvermə səbəbləri hələlik açıqlanmayıb. Əraziyə xilasedicilər, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.
Qəza ilə bağlı araşdırma aparılır.
Musavat.com
20 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ