Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya hökuməti atəşkəsdən sonra Britaniya qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi üçün hazırlıq məqsədilə 200 milyon funt sterlinq (268 milyon dollar) ayırıb.
Musavat.com xəbər verir ki, məlumatı Böyük Britaniyanın müdafiə naziri Con Heli Kiyevə səfəri zamanı açıqlayıb. Britaniya Müdafiə Nazirliyi tərəfindən yayılan kommünikeyə görə, vəsait, xüsusilə “Ukraynaya çoxmillətli qüvvələrin mümkün yerləşdirilməsi üçün hazırlıqların maliyyələşdirilməsinə” sərf olunacaq.
Vəsaitlər "nəqliyyat vasitələrinin, rabitə sistemlərinin təkmilləşdirilməsi, yeni dron əleyhinə imkanların tətbiqi və qoşunların lazım gələrsə yerləşdirilməsi üçün əlavə personal mühafizəsi avadanlıqlarının tətbiqi" üçün istifadə olunacaq.
Nazirlik vurğulayıb ki, vəsait Müdafiə Nazirliyinin əsas büdcəsindən ayrılır və bu səylərin maliyyələşdirilməsi "Böyük Britaniyanın müttəfiqlərinə və düşmənlərinə" Londonun Ukraynaya çoxmillətli qüvvələr göndərmək niyyətində olduğunu nümayiş etdirmək məqsədi daşıyır.
Kiyevə səfəri zamanı Heli həmçinin elan edib ki, Böyük Britaniya bu ay "Octopus" adlı layihə çərçivəsində Ukraynanın hava hücumundan müdafiə sistemi üçün tutucu dronlar istehsal etməyə başlayacaq. Böyük Britaniya naziri qeyd edib ki, onların istehsalının dəyəri tutmaq üçün istifadə etdikləri hücum dronlarının dəyərinin yalnız 10 faizini təşkil edir.
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ