İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya 134 milyardlıq silahlanma proqramına qoşulur

Böyük Britaniya NATO üzv ölkələrinin hərbi proqramlarını maliyyələşdirmək üçün Kanadanın rəhbərlik etdiyi Müdafiə, Təhlükəsizlik və Dayanıqlıq Bankına (DSRB) qoşulmağa hazırlaşır.

Musavat.com The Sun qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniyanın yeni maliyyə naziri Con Hili layihəyə 1 milyard avroluq ianəyə qarşı çıxan sələfi Reyçel Rivzdən fərqli olaraq, DSRB-ə qoşulmağı dəstəkləyir. Bundan əlavə, Britaniya Müdafiə Nazirliyinin rəhbəri Ues Stritinq təşəbbüsə müsbət yanaşır.

Əvvəllər Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukraynanın DSRB-nin yaradılmasında iştirak etməyə hazır olduqlarını açıqladığı bildirilirdi. Maliyyə konsorsiumunun baş ofisi Monrealda yerləşəcək və məqsədi hərbi layihələrin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər vəsait cəlb etməkdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR