İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşanma, yoxsa siyasi manevr?

Paşinyan ailəsindəki ayrılıq İrəvanda böyük suallar doğurur-Bakıdan reaksiya


Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın onunla ayrıldığını açıqlaması ölkənin informasiya məkanında gözlənilməz siyasi müzakirələr dalğası yaradıb. Qısa müddətdə sosial şəbəkələrin erməni seqmentində və yerli media platformalarında mövzu əsas gündəmə çevrilib, hadisənin təkcə şəxsi münasibətlər çərçivəsində deyil, siyasi kontekstdə də qiymətləndirilməsi diqqət çəkib.

Bir sıra erməni siyasi təhlilçiləri baş verənləri təsadüfi hadisə saymır və bunu “Paşinyanın növbəti siyasi gedişi” kimi xarakterizə edir. Onların fikrincə, seçkiyə yaxın dövrdə yaranan bu qalmaqal ictimai diqqətin ölkədə mövcud sosial-iqtisadi problemlərdən və təhlükəsizlik məsələlərindən yayındırılmasına xidmət edə bilər.


Picture background

Digər ekspertlər isə məsələyə daha ehtiyatlı yanaşaraq Anna Akopyanın uzun illər baş nazirin ən yaxın siyasi çevrəsində yer aldığını, bir çox proseslərə şahidlik etdiyini və potensial olaraq həssas məlumatlara malik ola biləcəyini vurğulayırlar. Bu baxımdan ayrılıq xəbərinin sadəcə ailə məsələsi kimi deyil, mümkün siyasi nəticələri olan hadisə kimi qiymətləndirilməsi çağırışları səsləndirilir.
Müşahidəçilər hesab edir ki, şəxsi həyatla bağlı qalmaqalın məhz seçkiöncəsi mərhələdə gündəmə gəlməsi Ermənistan daxilində siyasi balanslara və ictimai rəyə təsirsiz ötüşməyə bilər. Anna Akopyanın ayrılıq açıqlaması seçki ərəfəsində Nikol Paşinyanın siyasi imicinə necə təsir göstərə bilər? Bu hadisə Paşinyanın reytinqində azalma yaradacaq, yoxsa seçicilərin simpatiyasını artıracaq?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, parlament seçkiləri ərəfəsində Paşinyan ailəsinin bölünməsi böyük ehtimalla adi bir talesiz ailə dramı deyil: 
“Ailə 30 il əvvəl qurulub. Bu izdivacdan 4 uşaq dünyaya gəlib. Böyük qızı Məryəmin 28 yaşı, yeganə oğlu Aşotun 26 yaşı var. Ortancıl qızları Şuşanna 20 yaşına qədəm qoyub. Qısası, hətta ortancıl uşaqları belə ailə quracaq yaşdadır. Ailənin qocalıqda yorğalıq adlandırılacaq bir yaşda ayrılması və bunu ictimailəşdirməsi anlaşılan deyil. Üstəlik, Paşinyan-Akopyan cütlüyünün kəbinləri də yoxdur. Ayrılmaq istəsəydilər, hərəsi öz şəxsi əşyalarını götürüb rahatlıqla yeni həyat axtarışına çıxardılar. Bunlar isə sanki böyük iş görürmüşlər və erməni cəmiyyətinə ibrət dərsi verirlərmiş kimi, boşandıqlarını reklam edirlər. Bu da istər-istəməz şübhələri başqa istiqamətlərə çəkir.
Anna Akopyanın rəhbərlik etdiyi “Mənim Addımım” Fondu əleyhinə cinayət işi açılması ehtimalını yalanlamaması da bu şübhələri gücləndirir. Hesab edirəm ki, Paşinyan əleydarı qüvvələr “Mənim Addımım” fondunun fəaliyyətində ciddi korrupsiya elementləri aşkarlayıb, Ermənistan Baş nazirini şantaj etməyə başlayıblar. Paşinyan da  xanımından ayrılmaqla məsuliyyəti öz üzərindən atmağa çalışır. O da mümkündür ki, Anna Akopyan hansısa oliqarxdan nəyinsə müqabilində rüşvət alıb. Paşinyan isə xanımının üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir və bu səbəbdən də saxta boşanma tamaşası qurub. Bir növ, həm erməni ictimaiyyətinə, həm də hüquq sisteminə “mən nə edim, bütün hər şeyi o başıbatmış Anna edib” demək istəyir”. 
Picture backgroundHeydər Oğuzun fikrincə, Anna Akopyanın “Mənim Addımım” fondunun rəhbəri kimi kirli korrupsiya əməllərinə qurşanması artıq dəfələrlə sübuta yetirilib və bu, erməni ictimaiyyəti üçün “yeni sensasiya” deyil:  “Anna özü də fakt qarşısında qalanda korrupsiya yolu ilə varlanmış keçmiş və indiki iri məmurlardan ianələr qəbul etdiyini gizlətmirdi. Hətta açıqlamalarından birində “Mənim Addımım” fonduna korrupsioner məmurlardan rüşvət topladığını bu cür əsaslandıraraq özünə haqq qazandırmışdı: “Şəxsən mənim üçün pulun mənşəyi vacib deyil. Pul nə olursa olsun, puldur, biz onu yaxşı məqsədlər üçün istifadə edirik. Bir şəkildə kiməsə verilən bu məbləğ onlarda qalsa, bizə gəldiyindən daha çox fayda verməz".
Picture backgroundSözsüz ki, çuvalduzu çuvalda gizlətmək mümkün olmadığı kimi, zamanla bu boşanma müəmmasının da əsl səbəbi ortaya çıxacaq. Amma hələlik onu deyə bilərəm ki, Ermənistan üçün həyati önəm daşıyan seçki ərəfəsində Anna Akopyanın Paşinyandan ayrılması Azərbaycanla Erməninistanın apardığı sülh danışıqları üçün də şeylər vəd etmir.  Məlumdur ki, parlament seçkilərində Paşinyan öz hakimiyyətini qoruyardısa, Azərbaycanın ən mühüm şərtini – konstitusiyada ərazimizə iddia edən istinadları çıxarmaq üçün referendum keçirməlidir. Ermənistan cəmiyyəti üçün bu addım qətiyyən populyar deyil. Görünür, süni gündəm yaratmaqla vaxt qazanmaq istəyən Paşinyan ailəsi bu cür “fədakarlığa” getməyə məcbur olub. “Fədakarlıq” mövzusu olaraq ailə münasibətlərinin seçilməsi də təsadüfi deyil. Çünki Paşinyan bir müddət əvvəl kilsə xadimlərini subaylıq əhdini pozmaqda ittiham edirdi. İndi isə məlum olur ki, onun özü 30 ildir bir yerdə yaşadığı, hətta onunla 4 uşaq dünyaya gətirdiyi Anna ilə rəsmən evli deyilmişlər. Xristian adət-ənənələrində bu, 30 il durmadan zina etmək anlamına gəlir. Uşaqlar da təbii ki, qeyri-məşru əlaqədən doğulan insan hökmündədirlər. Xristian dinində belə uşaqlara nə deyildiyini bilmirəm, İslam şəriətində onların bir adı var – vələd-üz-zina. Zinakar baş nazirin hansısa din xadimini subaylıq əhdini pozmaqda ittiham etməsi qətiyyən yaxşı görünmür. Yəqin ki, bu amil də seçkilərdə Paşinyanın əleyhinə işləyəcək. Hətta o da mümkündür ki, Paşinyan bir növ öz zinakarlığını etiraf etməklə seçkilərdə uduzmağı belə gözə alıb. Yetər ki, Azərbaycanla sülh sazişi bağlamasın. Və bu ssenarini ailəlikcə birgə oynamaları da düşündürücüdür”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR