İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşandıqdan sonra ilk dəfə bir araya gəldilər - Foto

Xalq artisti Emin Ağalarov valideynləri – iş adamı Araz Ağalarov və İrina Ağalarova boşandıqdan sonra ilk dəfə eyni tədbirdə bir araya gəlib. 

Musavat.com xəbər verir ki, müğənni "Dream Fest" çərçivəsində valideynləri ilə çəkdirdiyi videonu sosial şəbəkə hesabında paylaşıb.

Kadrlarda boşandıqdan sonra ilk dəfə eyni məkanda görünən Araz və İrina Ağalarovun festivalda birlikdə iştirak etdiyi əks olunub.

Emin paylaşımında valideynlərinə minnətdarlığını ifadə edərək, onların dəstəyi sayəsində festivalın uğurla baş tutduğunu vurğulayıb.

Qeyd edək ki, iş adamı Araz Ağalarov 40 ildən çox evli olduğu həyat yoldaşı İrina Ağalarova ilə yollarını ayırıb. Daha sonra onun 27 yaşlı Alyona İvanova ilə rəsmi nikaha daxil olduğu bildirilib. Onun bu nikahdan 2 övladı dünyaya gəlib.

Könül
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR