İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir eskiz 27,2 milyon dollara satıldı

İntibah dövrü rəssamı və heykəltəraşı Mikelancelo Buonarrotinin (1475-1564) rəsmi Christie's hərracında 27,2 milyon dollara satılıb.

Musavat.com xəbər verir ki, məlumat hərrac evinin veb saytında paylaşılıb.

Christie's ekspertləri qırmızı təbaşirlə çəkilmiş eskizin Liviya Sibilinin ayağını təsvir etdiyini aşkar ediblər. Peyğəmbər qadının fiqurunu Vatikandakı Sikstin Kapellasının freskalarında görmək olar.

Eskizin başlanğıc qiyməti 1,5-2 milyon dollar idi. Hərrac 45 dəqiqədən çox davam edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR