İnsanlara hürriyət, millətlərə istiqlal!

İran əməliyyatı ABŞ-yə bu məbləğə başa gəlib 

ABŞ-ın İrana qarşı hərbi əməliyyatına 45,1 milyard dollar xərclənib.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, bu, Pentaqonun Konqresə təqdim etdiyi hesabatda əksini tapıb: “3 sentyabr tarixinə olan məlumata görə, xərclər 43,6 milyard dollar, üstəgəl yanacaq üçün əlavə 1,5 milyard dollar təşkil edib".

Bu qiymətləndirmə natamamdır, çünki ora regionda zədələnmiş bazaların təmiri xərcləri daxil deyil; hərbi əməliyyatların dolayı xərcləri barədə də ətraflı məlumat yoxdur. Halbuki Konqres üzvləri əvvəlcədən bu cür xərclərin də hesabata daxil edilməsini istəmişdilər.

Bu arada, Pentaqonun qiymətləndirmələri artıq Konqresin Büdcə İdarəsinin 38 milyard dollarlıq xərc proqnozlarını üstələyir. İyul ayında Pentaqon müharibənin dəyərini 37,5 milyard dollar olaraq qiymətləndirmişdi.

Büdcə İdarəsinin hesablamalarına görə, döyüşlər nisbətən aşağı intensivliklə davam edərsə, hər əlavə münaqişə ayı təxminən 2-3 milyard dollara başa gələ bilər. Eskalasiya halında aylıq xərclər arta bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR