Onlayn ictimai-siyasi qəzet
ABŞ öz ehtiyatları tükəndiyi üçün müttəfiqlərini əsas raketlərin və hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında beş ilə qədər gecikmələrlə bağlı xəbərdar edib.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, İranla müharibə Amerika arsenalını ciddi şəkildə tükəndirib: ABŞ ən qabaqcıl Patriot raketlərinin yarısından çoxunu, Tomahawk ehtiyatlarının üçdə birini və THAAD tutucularının demək olar ki, yarısını istifadə edib. Pentaqon "strateji çatışmazlığı" və sənayenin onları tez bir zamanda doldurmaq qabiliyyəti ilə bağlı problemləri etiraf edib.
Blooçberg qeyd edir ki, çatışmazlıq artıq Avropa və Ukraynaya təsir göstərir. Almaniya Tomahawk və Typhon yerüstü raket sistemləri üçün beş ilə qədər gözləmə ilə üzləşə bilər, Kiyevin isə əlavə Patriot raketləri əldə etmək cəhdləri Vaşinqtonun öz ehtiyatlarını doldurmaq kimi hazırkı prioriteti ilə çətinləşir.
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ