Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukrayna üçün 8,1 milyard dollarlıq yeni maliyyələşdirmə proqramını təsdiqləyib.
Musavat.com Fondun yaydığı açıqlamaya istinadən xəbər verir ki, Şura 8,1 milyard dollar məbləğində "Genişləndirilmiş Fond Mexanizmi (EFF) çərçivəsində yeni 48 aylıq proqram"ı təsdiqləyib. Bu vəsaitin 1,5 milyard dolları dərhal Kiyevə veriləcək.
BVF Ukrayna hakimiyyətinin növbəti dörd il ərzində 136,5 milyard dollarlıq maliyyələşdirmə çatışmazlığı ilə üzləşəcəyi ilə bağlı proqnozlarını təkrarlayıb. Fond hesab edir ki, bu boşluq donor dəstəyi və borcun restrukturizasiyası əməliyyatları vasitəsilə ödəniləcək. BVF-nin idarəedici direktoru Kristalina Georgieva açıqlamasında Ukraynanın maliyyələşdirmə proqramı ilə bağlı risklərin "son dərəcə yüksək" olduğunu qeyd edib. O hesab edir ki, proqramın uğuru, xüsusən də Kiyevin islahatları həyata keçirmək istəyindən asılı olacaq.
Qeyd edək ki, BVF-nin bu qərarından sonra Ukraynaya digər donorlardan da irihəcmli dəstək proqramlarının təsdiqlənməsi gözlənilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ