İnsanlara hürriyət, millətlərə istiqlal!

Berbok BMT Baş Assambleyasının Prezidenti SEÇİLDİ

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yeni prezidenti seçilib.

Musavat.com xəbər verir ki, Berbokun namizədliyi BMT-yə üzv olan 167 ölkə tərəfindən dəstəklənib. Səsvermədə onun heç bir rəqibi olmayıb.

Rəsmi inaqurasiya mərasimi bu ilin sentyabr ayında keçiriləcək. Qeyd edək ki, Baş Assambleya sədrinin səlahiyyət müddəti bir ildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

28 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR