Onlayn ictimai-siyasi qəzet
Ermənistan ordusunda müddətli həqiqi hərbi xidmət keçən əsgərin ağır döyülməsi ilə bağlı növbəti qalmaqallı xəbər gündəmə gəlib.
Musavat.com xəbər verir ki, hüquq müdafiəçisi Janna Aleksanyanın yaydığı məlumata görə, Cermukdakı hərbi hissədən ağır döyülərək hərbi hospitala çatdırılan müddətli xidmət hərbçisinin üzü tanınmaz hala düşüb və onda hallüsinasiyalar müşahidə olunub.
Məlumata görə, əsgər psixi sağlamlığı ilə bağlı problemlərinə baxmayaraq, altı ay əvvəl hərbi xidmətə çağırılıb.
Bildirilib ki, hadisə hələ iyulun 22-də baş versə də, indiyədək bununla bağlı heç bir cinayət işi başlanmayıb. Əsgərin anasının sözlərinə görə, oğlunu döyən şəxs zabit olub.
Ermənistan Müdafiə Nazirliyi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ