İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhlul Çinə istirahətə getdi, yoxsa transfer olmağa? - atası açıqladı

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Çinə səfər edib.

Qış transfer pəncərəsində Çinin “Şençjen Penq Siti” klubu ilə adı hallanan 29 yaşlı futbolçu “Qarabağ”ı çətin anda buraxmamaq üçün transferdən həmin dövr üçün imtina etmişdi.

İndi isə “Zirə”nin futbolçusu İsmayıl İbrahimli ilə birgə Çinə səfər ediblər. Bu səfərin məqsədi istirahətdir, yoxsa potensial yeni komandası ilə müqavilə imzalamaq?

Məsələni dəqiqləşdirmək üçün Bəhlulun atası Ələmdar Mustafayevlə əlaqə saxladıq. Ələmdar bəy bu səfərin tam olaraq istirahətxarakterli olduğunu, artıq Bakıya döndüyünü bildirib.

Bəhlul “Qarabağ”ın heyətində Çempionlar Liqasında çempionatdan daha çox oyuna çıxan yeganə futbolçudur - 9:8./Offsideplus.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR