İnsanlara hürriyət, millətlərə istiqlal!

Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...

ABŞ-də baş verən inanılmaz hadisə böyük maraq doğurub. Sinəsindən ağır xəsarət alan kişi xilasedici helikopter çağırmaq əvəzinə saatlarla piyada yol gedərək xəstəxanaya çatıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın Montana ştatında 32 yaşlı Devid Çifaldi Qranit-Pik zirvəsinə qalxarkən təsadüfən trekking çubuğunun üstünə yıxılıb.

Çubuğun polad ucu onun sinəsini deşərək sol qoltuqaltından daxil olub və belindən çıxıb.

Peşəkar tibb işçisi olan Çifaldi vəziyyətini özü qiymətləndirib.

O, ağrının az olduğunu, qanaxmanın ciddi olmadığını və daxili orqanların zədələnmədiyini müəyyən edib. Helikopterlə təxliyəyə görə ona təqdim olunacaq yüksək hesabı bildiyi üçün dağdan piyada enməyə qərar verib.

Belindən çıxan 112 santimetrlik metal çubuqla o, çətin relyefdə 16 kilometr yol qət edib, daha sonra isə hündürlükdən enərək əlavə 1500 metr məsafə qət edib. Ümumilikdə təxminən 6 saat ərzində qısa fasilələrlə hərəkət edən Çifaldi bütün bu müddətdə peyk rabitəsi vasitəsilə xilasedicilərlə əlaqədə olub və onlara "Hər şey qaydasındadır, özüm bacarıram" mesajını göndərib.

Avtomobil dayanacağına çatdıqdan sonra o, sükan arxasına keçərək işlədiyi xəstəxanaya gedib. Həkimlər yad cismi uğurla çıxarıblar. Hadisədən cəmi 7 gün sonra isə Devid Çifaldi yenidən işinə qayıdıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR