Bazarda armud üstündə qanlı dava - Ortalığı döyüş meydanına çevirdilər
Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda bazarda armud seçimi üstündə yaranan mübahisə qanlı insidentlə nəticələnib.
Musavat.com xəbər verir ki, hadisədən sonra satıcı həbs edilib.
Məlumata görə, 55 yaşlı satıcı Səlahəddin Ş. məhsulları seçən 50 yaşlı müştəri Nurcihan Yıkılkana "Məhsullara zərər vermə" deyərək irad bildirib.
Tərəflər arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib. İddialara əsasən, satıcı qadının başına taxta lövhə atıb. Baş nahiyəsindən xəsarət alan Nurcihan Yıkılkan xəstəxanaya çatdırılıb və ona 10 tikiş qoyulub.
Polis tərəfindən saxlanılan Səlahəddin Ş. "qəsdən xəsarət yetirmə" ittihamı ilə məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xəstəxanada müalicə alan Nurcihan Yıkılkan bildirib ki, görmə məhdudiyyətli və dişləri olmayan anası üçün yumşaq armud seçmək istəyərkən satıcı ilə mübahisə yaranıb. Onun sözlərinə görə, satıcı əvvəlcə təhqir edib, sonra isə taxta ilə başına zərbə endirib.
ŞƏRHLƏRŞƏRH YAZ