İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir Starmer: “Rusiya 2030-cu ildə NATO-ya hücum edə bilər”

Böyük Britaniyanın baş naziri Kir Starmer Rusiyanın yaxın dörd il ərzində NATO ölkələrinə hücum etməyə qadir olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

"Kəşfiyyat qiymətləndirmələrimizə və digər NATO ölkələrinin qiymətləndirmələrinə görə, Rusiyanın alyansa hücumu 2030-cu ildə baş verə bilər. Bunun nə qədər təcili olduğunu və hazırda onu hansı prioritet hesab etdiyimizi görə bilərsiniz", - deyə Britaniya baş naziri vurğulayıb.

O, müdafiə sənayesinə investisiyaların artırılması planını şərh edərkən NATO ölkələrinə mümkün Rusiya hücumu üçün vaxt çərçivəsini açıqlayıb. Starmer həmçinin qeyd edib ki, yeni plan əsasən hərbi potensialın inkişafına yönələcək. Onun sözlərinə görə, tam təfərrüatlar yaxın həftələrdə dərc olunacaq.

Əvvəllər Rusiya rezidenti Vladimir Putin Moskvaya qarşı bu cür ittihamların bu ölkələrin sakinlərini öz dövlətlərinin müdafiəsinə daha çox pul xərcləməyə məcbur edən bir təxribat olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR