Onlayn ictimai-siyasi qəzet
"Barselona"nın 20 yaşlı cinah oyunçusu Runi Barci 2026/27 mövsümündən əvvəl ciddi zədə alıb.
Musavat.com İdman.Biz-ə istinadən bildirir ki, oyunçunun ön çarpaz bağı cırılıb və altı-yeddi ay müddətində oynaya bilməyəcək.
İsveçli diz zədəsi səbəbindən artıq 2023/24 mövsümünün 11 ayını buraxıb. Daha əvvəl hücumçu oyunçular Entoni Qordon və Kərim Adeyemi gələndən sonra Barcinin "Barselona"dan ayrıla biləcəyi bildirilirdi.
Bundesliqa, Erediviziya, Liqa 1, Portuqaliya liqası və Seriya A komandaları oyunçuya maraq göstərib. Potensial namizədlər arasında "Aston Villa", "Sanderlend", "Everton", "Fulhem", "Brayton", "Lids Yunayted", "Ayaks", "Marsel", "Portu", "Yuventus" və "Borussiya Dortmund" da var idi.
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ