Onlayn ictimai-siyasi qəzet
Misirin Giza şəhərində saniyələr ərzində yaşanan qorxulu anlar təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
Musavat.com xəbər verir ki, binanın ikinci mərtəbəsinin balkonundan yıxılan uşaq aşağıda olan gəncin son andakı cəsarətli müdaxiləsi sayəsində ölümün cəngindən qurtarıb.
Görüntülərdə balkondan yıxılan uşağın əvvəlcə binanın önündəki paltar asılan ipə toxunduğu görünür.
Uşağın enmə sürətini azaldan ip aşağıdakı gəncə müdaxilə etmək üçün kritik bir neçə saniyə qazandırıb.
Uşağın yıxıldığını fərq edən gənc tərəddüd etmədən sürətlə həmin tərəfə qaçıb və aşağı düşən azyaşlını xilas edib.
Zərbənin təsirindən gənc özü də müvazinətini itirsə də, uşağın bərk örtüyə çırpılmasının qarşısını almağı bacarıb.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ