İnsanlara hürriyət, millətlərə istiqlal!

Balıqçılıqla bağlı yeni qaydalar

Milli Məclisin bu gün keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, qeyd olunub ki, layihəyə əsasən, balıqçılıq sahəsində nəzarət yoxlamaların dayandırılması rejimindən istisna olacaq.

Hazırda qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət istisna kimi nəzərdə tutulsa da, bu, balıqçılıq fəaliyyətini birbaşa əhatə etmir. Bildirilib ki, dəyişiklik qida təhlükəsizliyi sistemindəki bu normativ boşluğu aradan qaldıraraq nəzarətin “istehsaldan istehlaka qədər" prinsipi əsasında həyata keçirilməsinə hüquqi zəmin yaradır.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR