Onlayn ictimai-siyasi qəzet
Bakının Suraxanı rayonunda ov silahı ilə insident törədilib.
Musavat.com "Lent.az"a istinadən xəbər verir ki, hadisə avqustun 20-si saat 22 radələrində Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
44 yaşlı Ceyhun Aşrafov münaqişə zəminində ov tüfəngindən atəş açaraq 43 yaşlı Taleh adlı şəxsə xəsarət yetirib. O xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən C. Aşrafov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ