Onlayn ictimai-siyasi qəzet
Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə "Novruz bayramını təmiz şəhərlə qarşılayaq" deviziylə təmizliklə bağlı genişmiqyaslı ümumşəhər iməciliyi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, səhər saatlarından etibarən icra hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 537 əsas küçə və prospektlərinin yuyucu maddələrlə yuyulması təmin edilib, eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər.
Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, Novruz bayramının təmiz şəhərdə, xoş əhval-ruhiyyə ilə qarşılanmasına töhfədir.
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ