Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyi Kiyevdə yerləşən Azərbaycan səfirliyinin vurulması ilə bağlı səslənən ittihamları rədd edib.
Musavat.com xəbər verir ki, Moskva məqsədli raket zərbəsi barədə deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib.
Qurumun açıqlamasına görə, hadisə ilə bağlı Bakı tərəfinə vaxtında izahat təqdim olunub. Rusiya versiyasında qeyd edilir ki, diplomatik missiyanın binalarındakı zədələr böyük ehtimalla Ukraynanın hava hücumundan müdafiə sistemlərinin yanlış işləməsi nəticəsində yaranıb.
Nazirlik həmçinin vurğulayıb ki, Rusiya ordusu yalnız Ukraynanın hərbi-sənaye kompleksinə aid obyektləri hədəf alır və hücumlar mülki və diplomatik obyektlərə yönəlmir.
Qeyd edək ki, Rusiyanın Azərbaycanın AZAL təyyarəsini vurduqdan sonra verdiyi açıqlama da rədd tonunda idi. Lakin zamanla sirlər ortaya çıxdı və bütün faktlar göz önünə sərildi. Görünür, Kremldə bu bu siyasət artıq adət halını alıb.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ