Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan iri maliyyə resursları hesabına istənilən texnologiyanı əldə edə bilsə də, ölkənin dayanıqlı inkişafında kadr potensialı və toplanmış təcrübə əsas rol oynayır".
Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
Dövlətimizin başçısı bildirib ki, ölkədə savadlılıq səviyyəsinin 100 faizə yaxın olması və təhsil sahəsində görülən geniş işlər kadr potensialının artırılmasında vacib rol oynayır.
Neft-qaz sahəsində qazanılan uğurlu idarəçilik təcrübəsini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, hazırda ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşsə də, ixracda neft-qazın üstünlüyünü azaltmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da davam etdirilir.
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ