Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Aygün Kazımova Dubayda təşkil olunmuş dəbdəbəli toy mərasimində səhnəyə çıxıb.
Pop kraliça tədbir iştirakçıları üçün sevilən mahnılarını ifa edib və gecəyə xüsusi rəng qatıb.
Məclisin aparıcılarından biri olan Nanə Ağamalıyeva isə Aygün Kazımova ilə çəkdirdiyi fotoları sosial media hesabında paylaşıb.
O, paylaşımında belə yazıb:
"Dubayda səhnəmizin ayı, günəşi, meqastarı - Aygün Kazımovanın möhtəşəm çıxışı. Sizi çox sevirəm. Eyni həyəcan və dünya boyda sevginin ünvanı Aygün Kazımova."
Tədbirdə Aygün Kazımovanın performansı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb./Milli.az/
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ