İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobil nəhəngi iflas həddində: Məşhur marka tamamilə yox ola bilər

"Volkswagen" konserni ciddi böhranla üz-üzədir.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Der Spiegel" nəşri məlumat yayıb.

Şirkətin idarə heyəti üzvləri arasında mövcud vəziyyətlə bağlı anonim sorğu keçirilib.

Məlumata görə, sorğuda iştirak edən doqquz rəhbər şəxsdən altısı şirkətin tamamilə yox olma təhlükəsi ilə qarşı-qarşıya qaldığını bildirib.

Şuranın digər üzvləri isə vəziyyəti son dərəcə gərgin kimi xarakterizə ediblər.

Ekspertlər qeyd edir ki, avtomobil nəhənginin daxilindəki bu narahatlıq qlobal bazarda rəqabətin güclənməsi və daxili xərclərin artması ilə bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR