İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderləri Putinlə danışıqlar aparmaq İSTƏYİR

Finlandiya prezidenti Aleksandr Stubb Avropa ölkələrinin liderlərinin Rusiya ilə dialoqa başlamasının vaxtının çatdığını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib.

“Əgər Amerikanın Rusiya və Ukrayna ilə bağlı siyasəti, hesab etdiyim kimi, Avropanın maraqlarına cavab vermirsə, o zaman biz birbaşa dialoqa başlamalıyıq. Bəli, Rusiya ilə danışıqlara başlamağın vaxtı gəlib çatıb. Bunun nə vaxt baş verəcəyini bilmirəm. Avropa liderləri ilə əlaqəni kimin quracağını müzakirə etmişik, lakin hələlik dəqiq qərar yoxdur", - deyə Stubb qeyd edib.

Prezident vurğulayıb ki, hazırda ən vacib məqam bu addımların bütün müttəfiqlər arasında razılaşdırılmasıdır: "Hər şey öz aramızda, xüsusən də "Böyük beşlik" (Almaniya, Fransa, İtaliya, Böyük Britaniya və Polşa) ilə Rusiya sərhədində yerləşən Skandinaviya və Baltikyanı ölkələr arasında koordinasiya edilməlidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR