Onlayn ictimai-siyasi qəzet
Brüsseldə keçirilən sammitdə Aİ liderləri ilk dəfə olaraq Rusiyaya qarşı bütün sanksiyaları altı ay deyil, bir il müddətinə uzatmaq qərarına gəliblər.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə Avropa Şurasının sözçüsü deyib:
"Aİ liderləri sanksiyaları əvvəlki kimi altı ay deyil, 12 ay müddətinə uzatmaq qərarına gəliblər".
Bütün sanksiyaların müddətinin 31 iyul 2027-ci ilə qədər uzatmaq barədə rəsmi qərar gələn həftə nazirlər səviyyəsində veriləcək.
Musavat.com
19 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ