İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina Britaniyaya ultimatum verdi: İki həftə ərzində tədbir görülməsə...

Argentina hökuməti Böyük Britaniyadan mübahisəli Folklend adaları yaxınlığında neft hasilatı layihəsini dayandırmağı tələb edib.

Musavat.com xəbər verir ki, məlumat Argentina Prezident administrasiyasının mətbuat xidmətinin məlumatında yer alıb.

Bildirilir ki, London bunu etməsə, Argentina Dəniz Hüququ üzrə Beynəlxalq Tribunala şikayət edəcək: "Argentina Respublikası Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Argentinanın kontinental şelfində karbohidrogen ehtiyatlarının çıxarılması ilə bağlı fəaliyyətlərin başlanmasının və ya davam etməsinin qarşısını almaq üçün iki həftə ərzində lazımi tədbirləri görməsini rəsmi olaraq tələb edib. Əgər Böyük Britaniya bu tələbi müəyyən edilmiş müddət ərzində yerinə yetirməsə, Argentina Respublikası kontinental şelf üzərində suveren hüquqlarını qorumaq üçün zəruri olan müvəqqəti tədbirlərin görülməsi üçün Dəniz Hüququ üzrə Beynəlxalq Tribunala müraciət edəcək".

Mətbuat xidməti həmçinin bildirib ki, Argentina prezidenti Xavyer Miley "Dəniz Aslanı" neft layihəsinin davam etməsinin qarşısını almaq üçün "Xarici İşlər Nazirliyinə və hökumət hüquq qruplarına BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasının VII Əlavəsinə əsasən arbitraj prosesinə başlamaq tapşırığı verib".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR