İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Turandan gələcəyi ilə bağlı AÇIQLAMA

"Şaxtyor"un baş məşqçisi Arda Turan gələcəkdə Türkiyəyə potensial qayıdışı ilə bağlı fikirlərini söyləyib.

Məşqçinin sözlərinə görə, "Eyüpspor"da keçirdiyi müddətdən sonra ona özünəinam göstərən və özünü yüksək səviyyədə sübut etmək imkanı verən məhz Donetsk klubu olub.

Turan müqaviləsinin şərtlərini tam yerinə yetirmək və "Şaxtyor"a bütün gücünü sərf etmək niyyətində olduğunu qeyd edib.

Bundan əlavə, türkiyəli məşqçi futbolda hər şey tez dəyişə biləcəyi üçün çox irəli baxmaq istəmədiyini vurğulayıb. Lakin, hazırda onun əsas diqqəti Ukrayna komandasına yönəlib./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR